3 Mart 2015 02:11
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenkoya “Milli qəhrəman” adı verilməsi barədə fərman imzalayıb.

Teleqraf.com Azadlıq Radiosuna istinadən xəbər verir ki, Poroşenko onu qələbənin simvolu adlandırıb.

Savçenko ötən ilin iyulunda Donbasda gedən döyüşlər zamanı separatçılar tərəfindən əsir götürülərək Rusiyaya verilib.

O, Donbassda həlak olan 2 Rusiya jurnalistinin ölümündə ittiham olunur.

Moskva məhkəmsi fevralın 10-da onun həbs müddətini mayın 13-nə qədər uzadıb.

Savçenko 80 gündür ki, həbsxanada aclıq aksiyası keçirir və səhhəti pisləşib.

Beynəlxalq aləm dəfələrlə onu azad etməyə çağırıb.


Müəllif: