Ukrayna parlamenti ordunun sayının 250 min nəfərə qaldırılması barədə qanun layihəsini təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, qanun layihəsini ğtən gün ölkə başçısı Pyotr Poroşenko təklif edib.
Radikal partiyanın liderləri Oleq Lyaşko səsvermədən əvvəl bildirib ki, bu qanun layihəsinin əleyhinə səs verən və ya onu dəstəkləməyənlər Rusiya prezidenti Putinə, Rusiyanın təcavüzünə işləyir.
Qanun prezidentin imzasından sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Donbasda tərəflər ağır texnika cəbhədən geri çəkir. Lakin Poroşenko bəyan edib ki, ehtiyac yaranarsa, ordu Donbas boyu cəmlənəcək.