Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi bildirib ki, Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə öz namizədliyini irəli sürmüş iddiaçıların sayı 9 nəfərə çatıb.Katib həmçinin qeyd edib ki, onlardan 8-i müstəqil namizədlərdir, bir nəfər isə Qazaxıstan Kommunist Xalq Partiyasının namizədidir.
Teleqraf.com-un məlumatına görə, bunlar Askar Sırqabayev (fərdi fəaliyyət göstərən sahibkar), Safiolla Aldajanov (müvəqqəti işsiz), Limana Koyşiyeva (“Ruxani koqam alemi” ictimai fondunun prezidenti), Baxıt Abdukarimov (“JH-Kurılıs” MMC-nin mühəndis-inşaatçısı), Suxrab Mırzaşov (“JH-Kurılıs” MMC-nin sürücüsü), Yesenbek Ukteşbayev (ictimai xadim), Yakobjan Cunisbekov (pensiyaçı),Kanat Juman (“Astana Munay Qrup 2007” MMC-nin benzindoldurma stansiyasının rəisi) və Turqun Sızdıkovdur (Dövlət, bank idarələri və ictimai xidmət işçiləri həmkarlar ittifaqının Akmolin vilayət filialının sədri).
Qazaxıstan Respublikası Prezidentliyinə namizəd Askar Sırqabayev dövlət dili imtahanından keçməyib.