Ukrayna AN-70 hərbi təyyarələrini İrana sata bilər.
Bu barədə məlumatı təyyarənin istehsalı ilə məşğul olan “Antonov” dövlət müəssisəsi yayıb. Məlumatda yeni təyyarələrin Rusiya avadanlıqlarından tamamilə azad olunacağı bildirilib:
“AN-70 yeni formada istehsal olunacaq. Onu İrana satmağı planlaşdırırıq. Amma Avropa buna narazı ola bilər. Çox güman ki, bu məsələ 2015-ci ilin sonuna yaxın həll olunacaq”.
Qeyd edək ki, Rusiya bir müddət öncə Ukraynanın AN-70 təyyarəsindən rəsmən imtina etmişdi.
axar.az