13 Mart 2015 01:55
1 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Rusiya jurnalisti və televiziya aparıcısı Otar Kuşanaşvilinin qardaşının meyiti tapılıb.

Məlumata görə, jurnalistin qardaşı Romanın meyiti Moskvada Kuşanaşvilinin mənzilində tapılıb.

İstintaqın ilkin versiyasına əsasən, Roman narkotikdən həddən artıq böyük dozada istifadə etdiyi üçün ölüb.

Otar Kuşanaşvili öz növbəsində böyük qardaşının öldürülməsini istisna etmir.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir./ans/


Müəllif:

Oxşar xəbərlər