14 Mart 2015 11:17
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan borc böhranını aradan qaldırmaq üçün Rusiyanın yardımından istifadə etmək niyyətində deyil.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan maliyyə naziri Yanis Varufakis açıqlama verib. Onun sözlərinə görə, problemin həllini Avropa Birliyi çərçivəsində axtarmaq lazımdır. O qeyd edib ki, Yunanıstan Avropa Birliyindən kənarda olan ölkələrdən, o cümlədən Rusiyadan yardım almayacaq.

Varufakis rəsmi Moskvanın tezliklə Ukrayna böhranının həlli məsələsində razılaşmaya nail olmasının vacibliyini vurğulayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər