Martın 9-da Amerikada əməliyyat olunan sənətçi hələ də yuxudan ayılmayıb.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə beyin cərrahı Gökhan Özçınar məlumat verib. Onun sözlərinə görə, əməliyyat müğənninin qolundakı problemi aradan qaldırmayacaq.
"Tatlısəsin hələ 3-4 gün yuxudan ayılmasına izn verilməyəcək. Bundan sonra ona dərmanın verilməsi dayandırılacaq. Xəstənin oyanması 72 saat çəkəcək" deyə, G.Özçınar bildirib.
Qeyd edək ki, İbrahim Tatlısəs 2011-ci il martın 13-də silahlı hücuma məruz qalmışdı.
Rüstəm