19 Mart 2015 10:19
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan parlamenti radikal sol hökumətin yoxsulluq ilə mübarizə üçün təqdim etdiyi qanun layihəsini qəbul edib.

Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, baş assambleyadakı səsvermədə müxalif qruplar da layihəyə dəstək verib.

Qəbul edilən layihə böhrandan ən çox təsirlənən kasıb vətəndaşlara ərzaq və icarə yardımının verilməsini nəzərdə tutur.

Yunanıstan baş naziri Alexis Tsipras assambleyada çıxışı zamanı layihəyə qarşı çıxan Avropa Birliyini tənqid edib: “Vətəndaşlarımızın yükünün azaldılması üçün görülən tədbirlər tək tərəfli hərəkətlər deyil. Əgər bizi qorxutmağa çalışırlarsa, buna nail olmayacaqlar”.

Samir


Müəllif: