Cənubi Afrikada böyüyən və 12 yaşında naməlum xəstəlikdən sonra komaya düşən Martin Pistorius 12 il sonra ayıldıqdan sonra danışdıqları eşidənləri dəhşətə gətirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, boğaz ağrısı ilə başlanan, daha sonra isə tamamilə hərəkət qabiliyyətini itirən Martin 12 il müddətində bütün deyilənləri eşitsə də, buna heç bir reaksiya verə bilməyib. İki il sonra şüuru yerinə gələn Martin hərəkət qabiliyyətini itirdiyindən həkim tərəfindən xəstəxanadan uzaqlaşdırıldı və ona sağalmaz xəstəlik diaqnozu qoyuldu. Valideynləri isə Martinə baxmaq üçün dayə tutub.
Martin bundan sonra olanları danışdıqda isə valideynləri eşitdiklərinə inanmayıb: “Gətirilən dayələr çox qəribə idi. Onlar mənim saçımı yolur, dişimə qaşıqla vurur, üstümə qışqırır və əsəbləşirdilər. Ağlayanda isə daha da pis davranırdılar. Hətta bir baxıcı tərəfindən cinsi təcavüzə də məruz qaldım. Ən pis hal isə dayələrdən birinin “Ümid edirəm ki, tez ölərsən” deməsi oldu. Bundan sonra özümdə güc tapdım və ayıldım”.
Hazırda həyat yoldaşı və iki uşağı olan Martin baş verənləri kino formasında lentə almaq fikrindədir. Onun bu fikrini bir neçə şirkət dəstəkləyib və Martinə maliyə yardımı ayırmağa razılıq veriblər.
Samir