20 Mart 2015 19:57
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan iflasın qarşısını alacaq maliyyə yardımının ayrılması üçün qarşıdan gələn həftələr ərzində yeni islahat planını hazırlamağa razılaşıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə qərar Yunanıstan və Avropa İttifaqı liderləri arasında Brüsseldə keçirilən danışıqlardan sonra elan olunub.

Afinaya 240 milyard avro həcmində sonuncu yardım paketini ayrılmazdan öncə kreditorlar islahatların keçirilməsini tələb edirlər.

Almaniya kansleri Angela Merkel bildirib ki, bu islahatlarda məsuliyyət Yunanıstan hökumətinin üzərinə düşür: “Yununıstan hökuməti islahatlara görə məsuliyyəti tam öz üzərinə götürür və yaxın günlərdə onların siyahısını təqdim edəcək”.

Yunanıstanın baş naziri Alexis Tsipras görüşün nəticələrindən məmnun qaldığını deyib: “Hesab edirəm ki, tərəflər Yunanıstan iqtisadiyyatının problemlərini tezliklə çözmək üçün əllərindən gələni etməyə hazır olduqlarını təsdiqləyiblər”.

Samir


Müəllif:

Oxşar xəbərlər