Ermənistan Nazirlər Kabinetinin bu günkü iclasında Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına yeni ərazilərin verilməsi barədə qərar qəbul olunub.
Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Gümrünün Lalayan küçəsində yerləşən Rusiya Pravoslav kilsəsinin ərasisi və bir neçə torpaq sahələri hərbi bazanın balansına keçəcək. Nazirlər Kabinetinin iclasında layihəni təqdim edən Ermənistan müdafiə naziri Seyran Ohanyan Rusiya tərəfinin təqdim olunan ərazilərə investisiya yatıracağı və bir neçə obyekt inşa edəcəyini bildirib.
Gümrüdəki 102-ci hərbi bazada 5 min Rusiya hərbçisi yerləşdirilib.