Səudiyyə Ərəbistanının donanması Yəmənin limanlarını mühasirəyə alıb.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, buna səbəb kimi husi üsyançılarına xaricdən silah və yardım almağa imkan verməmək göstərilir. Yayılan məlumatlara görə, Koalisiya Səna hava limanına və bir sıra hərbi məntəqəyə hava zərbələri endirib. Zərbələr nəticəsində onlarla insan həyatını itirib.
Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin iştirakı ilə beynəlxalq koalisiya prezident Abdrabuu Mansur Hadinin xahişi ilə Yəməndə ölkə ərazisinin əksər hissəsinə nəzarət edən husi üsyançılarına qarşı "Qətiyyət tufanı" adlı hərbi əməliyyat həyata keçirir.
Rəsmi Tehran isə İranın husilərə yardım edilməsini inkar edib.
Samir