Almaniyanın Drezden şəhərində sağ yönümlü "Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar" (PEGİDA) hərəkatının çağırışı ilə yenidən müsəlmanlar və miqrantlar əleyhinə aksiya keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sayca 21-ci etiraz yürüşünə 3 min nəfərə yaxın hərəkat tərəfdarı qatılıb. Aksiyaçılar irqçi şüarlar səsləndiriblər.
Bununla yanaşı şəhərdə hərəkatın əleyhinə olan qüvvələr də nümayiş keçirib. Tərəflər arasında toqquşmaların qarşısını almaq üçün əraziyə çox sayda polis əməkdaşı cəlb edilib. Amma buna baxmayaraq, polislə PEGİDA tərəfdarları arasında insident yaşanıb. Polisdən verilən məlumata görə, toqquşmalarda 20-ə yaxın nümayişçi saxlanılıb.
Eyni gündə Leypsiq şəhərində sağ yönümlü LEGİDA tərəfdarları da etiraz nümayişi təşkil ediblər. Aksiyada 2 minə yaxın insan iştirak edib.
Samir