2 Aprel 2015 09:49
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əl-Qaidə” terror təşkilatının döyüşçüləri Yəmənin cənub-şərqində Əl-Mukalla və Hadramaut şəhərlərindəki həbsxanalara hücum ediblər.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, hücum zamanı yüzlərlə məhbusun azadlığa buraxıldığı bildirilib. Rəsmilər döyüşlərdə onlarla həbsxana polisinin öldürüldüyünü açıqlayıblar.

Şahidlərin sözlərinə görə, terrorçular Hadramaut şəhərindəki həbsxananın binasını uçurublar.

Samir


Müəllif: