3 Aprel 2015 00:40
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keniyanın Qarissa şəhərində silahlıların universitetə hücumu nəticəsində ölənlərin sayı 147-yə çatıb.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi Keniyanın rəsmi qurumlarına istinadən xəbər verib.

Hadisə yerində xüsusi əməliyyat nəticəsində 4 silahlı məhv edilib. Hücumun “Əş-Şəbab” qruplaşması tərəfindən həyata keçirildiyi bildirilir.


Müəllif:

Oxşar xəbərlər