3 Aprel 2015 09:17
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Alp dağlarında qəzaya uğrayan Almaniya təyyarəsinin təyyarəsinin ikinci qara qutusu aşkar edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı Marsel şəhər prokurorluğu məlumat verib. Bildirilir ki, qara qutudakı səs yazısı dinlənildikdən sonra hadisənin hansı səbəbdən baş verdiyini dəqiq söyləmək mümkün olacaq.

Daha əvvəl tapılan ilk qara qutuda pilotun qəsdən qəza törətdiyi məlum olub.

Qeyd edək ki, qəza nəticəsində 150 nəfər həlak olub. Təyyarədə azı 18 ölkə vətəndaşı olub.

Samir


Müəllif: