İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Suriyanın paytaxtı Şam şəhərinin ən yaxın nöqtələrindən olan Yermuk qaçqın şəhərciyinə hücum edib.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, bununla bağlı mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilir ki, hücum zamanı terrorçularla baş verən şiddətli qarşıdurmadan sonra İŞİD döyüşçüləri şəhərciyin cənub hissələrini ələ keçirib.
Rəsmilər bölgəyə əlavə qüvvələrin göndərildiyini açıqlayıblar.
Samir