Fransa rəsmiləri Alp dağlarında qəzaya uğramış Germanwings şirkəti təyyarəsində həlak oaln 150 sərnişinlərin cəsədlərinin axtarışının bitdiyini elan edib.
Publika.az xəbər verir ki, fransa ekspertləri Airbus 320 təyyarəsinin qəzaya uğradığı ərazidə 150 ədəd müxtəlif DNT nümunələri aşkar edib. Ekspertlər cəsədlərin identifikasiyasını DNT nümunələrinin analizi vasitəsilə davam etdirmək niyyətindədirlər. Bunun üçün bir neçə həftə tələb oluna bilər.
Qəzaya uğramış Airbus 320 təyyarəsinin "qara qutularının" təhlili nəticəsində ekspartlər belə bir qənaətə gəliblər ki, ikinci pilot kabinənin qapısını qıfıllayaraq təyarəni qəsdən yerə çırpıb.
Qəza yerində aşkar edilmiş yazı cihazların təhlili təyyarənin çırpılan anadək ikinci pilot tərəfindən bir neçə dəfə sürətlə endirildiyini qeydə alıb.