6 Aprel 2015 09:46
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pasxa bayramında Venesuelada vətəndaşlar ABŞ prezidenti Barak Obama və onun venesuelalı həmkarı Nikolas Maduronun maketlərini yandırıblar.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, hadisə katoliklərin Pasxa bayramında “Xainlərin yandırılması” adlı mərasimində baş verib. Hər bir siyasi düşərgə “satqın” adlandırdığı şəxsin maketini yandırıblar. Maduro tərəfdarları Venesuelaya qarşı fövqəladə vəziyyət fərmanını imzalayan Obamanın, müxalifətçilər isə Maduronun maketinə od vurublar.

Yayılan məlumatlarda maketin pambıqdan hazırlandığı və 1 metr uzunluğunda olduğu bildirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər