6 Aprel 2015 19:12
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keniya təyyarələri Somalidəki “əş-Şəbab” terror qrupunun mövqelərinə hava zərbələri endiriblər.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə Keniya Müdafiə Nazirliyi açıqlama verib. Verilən açıqlamada təyyarələrin əsasən Somalinin Gedo rayonunu hədəf aldıqları bildirilib.

Bu ötən həftə 148 adamın ölümü ilə nəticələnən Qarissa universitetinə edilən basqından sonra Keniyanın ilk reaksiyası hesab olunur. Hücumdan sonra Keniya prezidenti Uhuru Kenyatta basqına mümkün qədər sərt cavab veriləcəyini vəd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər