8 Aprel 2015 09:22
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İlinoys ştatında təyyarə qəzası baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı ABŞ Federal Aviasiya İdarəsi məlumat yayıb. Bildirilir ki, “Cessna 414” tipli xüsusi təyyarədə Amerika Universitet İdman Növləri Federasiyasının (NCAA) təşkil etdiyi basketbol yarışından qayıdan bəzi məşqçi və idmançılar olub. Qəzada təyyarədə olan 7 nəfər həlak olub.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Samir


Müəllif: