9 Aprel 2015 18:31
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı rejjisorlar Nikita Mixalkov və Andrey Konçalovski prezident Vladimir Putinə müraciət edərək, “Evdə yeyirik” adlı milli ictimai iaşə şəbəkəsi açmaq üçün kömək istəyiblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, kafe şəbəkəsinin açılıb işə salınması üçün rejissorlara 971, 8 milyon rubl (18 milyon dollar) lazımdır.

“Kommersant” qəzeti yazır ki, onların ideyasına görə, bu kafelər qərbsayağı “fastfood” qəlyanaltılarına alternativ olmalıdır.

Konçalovski bu restoranlarda qiymətlərin də münasib olacağını əmin edir. O, deyib ki, təfərrüatlar barədə hökumət pul verəndən sonra danışmaq olar.

Samir


Müəllif:

Oxşar xəbərlər