Çexiya prezidenti Miloş Zeman amerikalı həmkarı Barak Obamaya ultimatum göndərib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, ultimatumda ABŞ səfiri Endryu Şapiro ilə görüşməklə bağlı şərtini açıqlayıb. Bu məlumatı Çexiya Prezident Administrasiyası yayıb.
Bildirilir ki, Zeman, Obama Çexiyanın ABŞ-dakı səfiri Petr Qandaloviç ilə görüşdükdən sonra bu ölkənin Çexiyadakı səfirini qəbul edəcək.
Qeyd edək ki, ABŞ səfiri Zemanın 9 may Qələbə Günü ilə əlaqədar Moskvaya səfər edəcəyi ilə bağlı fikrini sərt tənqid edib. Açıqlamadan sonra Çexiya prezidenti səfirlə görüşlərdən imtina etdiyini bildirib.
Samir