Braziliyanın Pedrinhas həbsxanası dünyanın ən dəhşətli həbsxanalarından biri sayılır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu həbsxanada təkcə ötən il 75 məhkum öldürülüb.
Braziliya küçələrindəki qruplarlaşmalararası müharibələr həbsxanada da özünü göstərir. Təəssüf ki, buna nə nəzarətçilər, nə də polislər mane ola bilir.
Pedrinhas Həbsxanasında qruplaşma üzvləri, mafiya başçıları, qatillər, cinayətkarlar, narkotik satıcıları və psixi problem olan şəxslər saxlanılır.
Burada saxlanılan cinayətkarlar vaxtaşırı qadınlar barakına basqın edərək onlara təcavüz edirlər. Son bir ildə bu səbəbdən 20 qadın məhkum hamilə qalıb.
Görülən tədbirlərə baxmayaraq, cinyətkarların qadın məhkumlara təcavüz etməsinin qarşısını tam olaraq almaq mümkün olmur.
Qeyd edək ki, Braziliyada həbsxanalarında ümumilikdə 450 min məhkum var. Bu göstərici ilə Braziliya dünyada 4-cü yerdədir.
Teleqraf.com həbsxanadan olan fotoları təqdim edir:
Rüstəm