Roma papasının 13 apreldə, qondarma erməi soyqırımı haqda məlum bəyanatı türk hakerlərini bərk qəzəbləndirib.
Publika.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, bazar ertəsi “Vatican.va” saytı haker hücumuna məruz qalaraq dağıdılıb.
Saytı yalnız ertəsi gün bərpa etmək mümkün olub.
Sonradan türk hakerlərdən biri “Twitter” social şəbəkəsində hücumun məsuliyyətini öz üzərinə götürüb.