Beynəlxalq Qırmızı Xaç Komitəsi Yəmənin mərkəzi hissəsinə humanitar yardım çatdıra bilmir.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Qırmızı Xaçın bəyanatında təşkilatın əməkdaşlarının qızğın döyüşlərin getdiyi Maareb şəhərinin xəstəxanalarına tibbi ləvazimat çatdırmağa cəhd etsələr də, buna nail olma bilmədiyi deyilir.
Buna səbəb kimi husi üsyançılarının humanitar yardım daşıyan şəxslərə atəş açmaları göstərilir.
Qırmızı Xaç növbəti dəfə zərərçəkmişlərin tibbi yardımla təmin olunması, yaxud da evakuasiya edilməsi üçün vuruşan tərəflərə atəşi ən azı 24 saatlığına dayandırmaq xahişi ilə müraciət edib.
Samir