17 Aprel 2015 15:33
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən 16 yaşlı qızlar arasında keçirilən xokkey çempionatı çərçivəsində Malatyanı təmsil edən komanda ilk oyunda rəqibinə 15-0 uduzub.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, komandanın məşqçi Savaş Yılmaz idmançılarına ağılasığmaz cəza verib. Komandanın məğlub olmasını həzm etməyən məşqçi idmançılarını dəniz kənarında quma basdırıb və üstlərinə it buraxıb. Yeniyetmə qızlar iti gördükdə qorxudan qışqırmağa başlayıb.

Yılmaz isə onların bu həyəcanına gülüşləri ilə cavab verib və baş verənləri mobil telefonunun kamerası ilə lentə alıb.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir


Müəllif:

Oxşar xəbərlər