18 Aprel 2015 15:55
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı politoloq, Qafqaz üzrə ekspert Andrey Yepifantsevin ermənilərin soyqırım iddalarının əsassız olması barədə yazdığı status Moskva ermənilərini ciddi narahat edib.


ANS PRESS-in məlumatına görə, 1915-ci ildə ermənilərin türkləri qəzəbləndirmək üçün çox işlər gördüyünü vurğulayan Andrey Yepifantsev yazıb: “Yalnız türklərin ermənilərə qarşı repressiyalarını üzə çıxarıb, ermənilərin türklərə etdiklərinə göz yummaq olmaz. Götürək Van üsyanı zamanı türklərin qırılmasını. Əgər türklərin etdikləri soyqırım sayılırsa, onda gəlin eyni normaları ermənilərə qarşı da tətbiq edək. Onda, gerçəkdən, ermənilərin də eyni işi törətdiyini etiraf etmək lazımdır”.


Onun sözlərinə görə, türklər erməniləri cəbhəyanı zonalardan çıxarıblar ki, hücum edən ruslara yardım etməsinlər. “Onlar xalqı məhv etməyiblər! Deportasiya məhvetmə deyil! Bundan başqa, adətən insanları köçürürlər ki, məhv olmasınlar. Ermənilərin üsyan qaldırmadığı, türkləri öldürmədiyi, partizan dəstələri yaratmadığı və rusların gəlişini gözləmədiyi yerlərdə türklər bir ermənini belə öldürməyiblər. İstanbulun 70 min ermənisindən yalnız 3 min şübhəli erməni sürgün edilib”, - deyə Andrey Yepifantsev vurğulayıb.


Moskvada çıxar “Noyev kovçeq” qəzetinin redaktoru Qriqori Anisonyan ona cavab vermək istəsə də bunu bacarmayıb. O, dost münasibətində olduğu Andrey Yepifantsevi, sadəcə, türklərə satılmaqda ittiham edib. “Çox təəssüf ki, bizim dostluq münasibətlərimiz sizin satqın əməllərinizlə başa çatdı” deməkdən başqa bir şey bacarmayıb.


“Facebook”un erməni istifadəçiləri Andrey Yepifantsevi küçə söyüşləri ilə söyməkdən başqa söz tapa bilməyiblər.


Müəllif:

Oxşar xəbərlər