Moskva meriyası Türkiyənin bu ölkədəki səfirliyinin binası önündə ermənilərin qondarma soyqırımı ilə bağlı aksiya keçirməsinə icazə verməyib.
Teleqraf.com xəbər verir ki, Soçi şəhərində "erməni soyqırımı"na aid təbliğat materialları da küçələrdən yığışdırılıb.
Şəhər rəhbərliyi bildirib ki, Soçi idman mərkəzidir və burada ifrat siyasi kampaniyaların aparılmasına icazə verilmir. Soçi bələdiyyəsi 2011-ci ildə türk qatili erməni general Andranik Ozanyanın abidəsini götürüb.
Ayxan