22 Aprel 2015 11:30
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın İrana satacağı S-300 zenit-raket kompleksləri ABŞ üçün maneə olmayacaq”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama deyib. Onun sözlərinə görə, 2016-ci ilin müdafiə maliyyə büdcəsindən bu layihə üçün vəsaitin ayrılması nəzərdə tutulub: “Əgər iranlılar zenit-raket kompleksini alsalar, bunun üçün xüsusi tədbirlər görüləcək. Lazım gəldikdə isə biz bu müdafiə sistemini keçə biləcəyik”.

O qeyd edib ki, regiondakı problemləri müharibə vasitəsilə həll etmək niyyətində deyil.

Qeyd edək ki, Rusiya ötən həftə İrana qarşı silah satışı qadağasını ləğv etdiyini və bu ölkəyə S-300 tipli raketlər satacağını açıqlayıb.

Samir


Müəllif: