24 Aprel 2015 16:00
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın paytaxtı Afinada Avropa İttifaqı liderlərinin qanunsuz miqrasiya probleminə diqqətini çəkmək məqsədilə nümayiş keçirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiyada 2000 nəfərin iştirak edib. Onlar Aralıq və Egey dənizində xilasetmə əməliyyatlarının daha da genişlənməsini tələbi səsləndiriblər. Nümayişə hüquq müdafiə təşkilatları, tələbələr və miqrantlar qatılıb.

Digər tərəfdən təhsil işçiləri Afina parlamentinin önünə yürüş təşkil ediblər. Nümayiş iştirakçıları əmək haqqlarının artırılmasını və iş saatının azadılmasını tələbini qaldırıblar. Nümayişlər insidentsiz başa çatıb.

Samir


Müəllif: