Çilili rəssam-fotoqraf İslandiyada yerləşən Strokkur qeyzerinə qida boyası qatıb fotossesiya etdiyi üçün həbs olunub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Danimarkada yaşayan 52 yaşlı çilili rəssam Marko Evaristti, Strokkur qeyzerinə qırmızı rəngdə qida boyası töküb və qeyzer qaynayaraq daşanda şəkilini çəkib. Daha sonra sosial şəbəkədə şəkilləri paylaşan Marko qeyzerə rəng qatan zaman icazə almadığı üçün həbs edilib.
İslandiya höküməti rəssamın bu hərəkətinin "vandallızm" kimi qiymətləndirib və Marko Evaristtini 15 gün həbs cəzasına məhkum edib.
Rüstəm