30 Aprel 2015 13:21
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr İdlib şəhərinə hava hücumları təşkil edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfərin öldüyü, yüzə yaxın insanın isə xəsarət aldığı bildirilib. Bombardman zamanı həlak olanlar arasında azyaşlıların da olduğu açıqlanıb.

Rəsmilər isə hücumların müxalif qüvvələrin nəzarətində olan ərazilərə edildiyini və aviazərbələr zamanı ölənlərin silahlılar olduğunu vuğulayıblar.

Samir


Müəllif: