Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin yeni tərkibini açıqlayıb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, siyahıda ən çox diqqət çəkən müdafiə naziri postuna qadın namizədin olmasıdır. 42 yaşlı Tina Xidaşeli ölkə tarixində ilk qadın müdafiə naziri ola bilər.
Bundan əlavə təbii ehtiyatlar naziri postuna Qiqla Aqulaşvilinin, gənclər və idman naziri isə Tariel Xiçikaşvilinin adı təklif olunub. Qalan nazirləri öz postlarında qalıblar.
Qeyd edək ki, gənclər və idman naziri Levan Kipianinin aprelin 29-da öz postundan gedəndən sonra Gürcüstan hökuməti tam tərkibdə istefa verib.
Samir