Radikal terror qruplaşması olan İŞİD yenə bir vəhşiliyə imza atıb.
Edamlarından təbliğat kimi istifadə edərək dünyadakı radikal düşüncəli insanları sıralarına dəvət edən təşkilat bu dəfə də internetə dəhşətli edam videosu qoyub.
İraqın şimalında çəkilən videoda yeniyetmə uşaq edam həyata keçirir. Çəkilişdə ərəb dilində danışan uşaq bir neçə dəfə edam olunan kişiyə atəş aşır.
Terrorçuların yayımladığı videoları izləyən SİTE Intelligence Group şirkətinin məlumatlarına görə yeniyetmə casus şübhəlisini edam edir./anspress/