2015-ci ilin ilk üç ayında Ermənistana 232,583 min turist gəlib.
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Statistik Xidmətinin məlumatında deyilir.
2015-ci ilin I rübündə turizmin göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalıb.
Məlumata görə, hesabat dövründə turizm məqsədilə ölkədən 214,757 min nəfər çıxıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz azalıb.