Almaniyanın Drezden şəhərində “Qərbin İslamlaşmasına qarşı vətənpərvər avropalılar” (PEGİDA) hərəkatının çağırışı ilə miqrantlar və müsəlmanlar əleyhinə yenidən nümayiş keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sayca 25-ci etiraz yürüşündə hərəkatın minlərlə tərəfdarı iştirak edib. Onlar millətçi və ksenofob şüarlar səsləndiriblər. Təhlükəsizlik üçün nümayişin keçirildiyi əraziyə yüzlərlə polis əməkdaşı cəlb edilib.
Hərəkatın Leypsiq qolu da İslam əleyhinə aksiya keçirib. Etiraz aksiyasına 300 anti-İslamçı qoşulub. Nümayişdə sağçı radikallar da iştirak ediblər. Aksiyada çıxış edən siyasətçilər qaçqınlarla bağlı siyasət və multikulturalizm əleyhinə fikirlər səsləndiriblər. Polis 3 nəfəri saxlaylıb.
Samir