8 May 2015 14:11
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan ordusuna məxsus vertolyot ölkənin şimalındakı Naltar şəhərində qəzaya uğrayıb.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, vertolyot şəhər mərkəzindəki məktəbin üzərinə düşüb. Hadisə zamanı 2 pilot və 4 xarici vətəndaş həlak olub, 2 xarici vətəndaş isə yaralanıb.

Ölənlər Filippin və Norveçin İslamabad səfirləri, Malayziya və İndoneziya səfirlərinin xanımları, yaralananlar isə Polşa və Hollandiya səfirləri olub.

Hadisənin dəqiq səbəbləri məlum deyil.

Samir


Müəllif:

Oxşar xəbərlər