İnsan bədəni gün ərzində bir milyon xərçəng hüceyrəsini məhv edir. İmmun çatışmazlığı yarandıqda isə xərçəng hüceyrələri üstünlük əldə edirlər və ətrafdakı sağlam hüceyrələri məhv etməklə insanın həyatına son qoyurlar.
Teleqraf.com xəbər verir ki, türkiyəli alimlər immün-onkoloji sistemə kömək etmək üçün "T hüceyrələrinin təsirini artırmaqla bağlı araşdırma aparırlar.
Qeyd olunur ki, bədəndəki müqavimət hüseyrələri öz funksiyasını yerinə yetirə bilmədikdə xərçəng hüceyrələr hərəkətə keçir və tez bir zamanda yayılmağa başlayıb. Metastaz səviyyəsində isə xəstəliklə mübarizə aparmaq mümkün olmur.
Ayxan