13 May 2015 09:31
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya kəşfiyyatı Koreya Xalq Demokratik Respublikasının müdafiə nazirinin güllələnməsi xəbərini yayıb.

Teleqraf.com-un xarici mediaya istinadən verdiyi məlumata görə, onu Şimali Koreya lideri Kim Çen Ina hörmətsizlikdə və qeyri-loyallıqda ittiham ediblər.

Hyon Yong Çol aprelin sonunda yüzlərlə dövlət məmurunun gözü qarşısında edam olunub.

Məlumatlara görə, müdafiə naziri Koreya lideri Kim Çen Inın iştirak etdiyi hərbi tədbirdə yuxuya getdiyinə və bir neçə dəfə prezident ilə mübahisəyə etdiyi üçün ölüm cəzasına məhkum edilib.

Qeyd edək ki, daha əvvəl Seul 2015-ci ilin əvvəlindən KXDR hakimiyyəti tərəfindən 15 dövlət məmuru edam edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər