Yeni sorğu son 7 il ərzində özlərini xristianlara aid edənlərin sayının əhəmiyyətli dərəcədə azaldığını göstərir. Pew təhlil mərkəzinə əsasən 2007-ci ildəki sorğuda özlərini xristian adlandıranların sayı 78 faiz təşkil edirdisə, 2014-c ildə özlərinə xristian deyənlərin sayı azalaraq 71 faizə çatıb.
Eyni müddət ərzində özlərinin heç bir dinə aid olmadığını deyənlərin sayı 16 faizdən 23 faizədək artıb ki, buda 56 milyon ABŞ sakini deməkdir. Bu qrup sayına görə ölkənin ən çoxsaylı protestant icmasından sonra ikinci yerdə gəlir.
Eyni zamanda ABŞ xristianları dünyanın ən iri dini icmalarından biri olaraq qalmaqdadır. Hər 10 nəfərdən 7-si xristianlığın bu və ya digər təriqətinə mənsubdur.
ABŞ-da xristianlar
Özlərini xristianlıqla əlaqələndirənlər: 70,6%
Protestantlar: 46,5%
Yevangelik kilsəsi: 25,4%
Katolik: 20,8%
Liberal xristianlar: 14,7%
Mormonlar: 1,6%
Yehova Şahidləri: 0,8%
Xristianlığın başqa qolları: 0,4%
Pew araşdırmalar mərkəzi, ABŞ
Son 7 il ərzində təqribən 5 milyon adam xristian dinindən uzaqlaşıb.
Hərçənd ki, bölgə üzrə fərqlər də mövcuddur. Pew təhlil mərkəzi dini inanclarla bağlı 2007 və 2014-cü illərdə sorğu keçirib. Hər iki sorğuda 35 min respondent iştirak edib.
Xristianların sayı niyə azalır
Xristianların sayının azalması liberal protestantlıq və katolik dininə qulluq edənlərin sayının azalması ilə izah olunur, mərkəzin əməkdaşları bildirirlər.
Bu təmayül ölkə boyu bütün demoqrafik təbəqələr və yaş qruplarında nəzərə çarpır. Cənubda respondentlərin 19 faizi heç bir dini qrupa aid olmadığını bildirib. Ölkənin şimal-şərqində isə bu göstərici 28 faizə yaxındır.
Sorğu müəllifləri xristianlar arasında kəmiyyət baxımından ciddi dəyişikliklərin müşahidə olunduğunu qeyd edirlər. Beləki, özünü heç bir dini cərəyana aid etməyənlər son 7 il ərzində fəallaşaraq daha mütəşəkkil hala gəliblər. Bu qrup üzvləri ictimai həyatda dinə yer olmadığını bildirirlər.