14 May 2015 22:15
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə mayın 11-də qüvvəyə minən atəşkəs razılaşması yenə pozulub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Taiz şəhərinin əl-Hasab və əl-Murur məhəllələrində prezident Abdurabbu Mansur Hadi tərəfdarları ilə Hüsilər arasında qarşıdurmalar baş verib.

Şəhərin şimalındakı es-Sattin prospektində isə partlayışlar olub. Hadisələr zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat verilmir.

Qeyd edək ki, Hüsilər atəşkəs razılaşmasının başlamasından 1 saat sonra Dali şəhərindəki bir məhəlləni atəşə tutub.

Samir


Müəllif:

Oxşar xəbərlər