17 May 2015 09:08
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım-tatar ictimai teleradio şirkəti artıq bu ilin sentyabrında fəaliyyətə başlaya bilər. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə “Kırım” hərəkatının lideri Rəmzi İlyasov bildirib.

“Düşünürəm ki, telekanalımızı sentyabr üçün aça biləcəyik” – deyib o.

Onun sözlərinə görə, telekanalın redaksiyası Simferepolda, Kozlov küçəsində yerləşəcək. Artıq bina da ayrılıb. Həmçinin, şirkətin İctimai Şurasının formalaşması, demək olar, yekunlaşıb. Şuraya 17 nəfər daxil olacaq.

Qeyd edək ki, Krımın Rusiyaya ilhaqından sonra burada insan haqlarının vəziyyətinin pisləşməsi haqda məlumatlar gəlir. Xüsusən də yarımadanın köklü xalqı olan Krım türklərinə qarşı diskriminasiya siyasətinin aparıldığı bildirilir.


Müəllif:

Oxşar xəbərlər