17 May 2015 19:19
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ona xəyanət edən sevgilisi tərəfindən 32 dəfə bıçaqlanmışdı.

Bir gün onu xilas edən həkimin ona bu cür evlənmə təklif edəcəyini ağlına belə gətirməzdi. ABŞ-ın Florida ştatında telekanallardan birinin canlı yayımında baş verən sürpriz evlilik təklifi insanların marağına səbəb olub. 3 il öncə ölümün pəncəsində olan bir qızı xilas edən, daha sonra ona vurulan Kemern Hil hər kəsin gözü qarşısında bu qızla ailə həyatı qurmaq istədiyini nümayiş etdirib.

Kemeron Hil yerli xəstəxanaların birində təcili tibbi yardım briqadasında işləyir. 2012-ci ildə bıçaqlanma hadisəsi ilə bağlı yardıma qaçan həkim 32 yerdən bıçaq yarası alan, sümükləri sınmış Melisanı görəndə onun sağ qalacağına inanan bəlkə də yeganə insan idi. Melisa ölüm ayağında olsa belə, o məhz bu qızla evlənəcəyini beynində dəqiqləşdirmişdi. Nəhayət 3 il sonar. 10 min tamaşaçının qarşısında Melisaya evlənmə təklifi edən tibb işçisi müsbət cavab alıb. Möcüzə və Kemeron sayəsində sağ qalan Melisa onun bu təklifini sevinc gözyaşları ilə qəbul edib.

Bu sürpriz evlilik təklifi stationda da coşğu ilə qarşılanıb. Canlı yayımda yaşanan olay dünyanın dörd bri yanında xəbər başlığına çevrilib. Maraqlısı isə odur ki, Melisa 32 dəfə bıçaqlandığı o günü indi fərəhlə xatırlayır. Onun fikrincə həmin gün başına gələn ən xoş olay Kemeronun onu görməsidir.//atv.az


Müəllif:

Oxşar xəbərlər