20 May 2015 09:05
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan milli təhlükəsizlik qüvvələri xüsusi əməliyyat zamanı sutka ərzində 60 terrorçunu məhv ediblər.

ANS PRESS-in məlumatına görə, bu barədə "TOLO News" telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, xüsusi əməliyyat eyni vaxtda bir neçə bölgədə keçirilib. Bunların arasında Lağman, Bağlan, Təxər, Kunduz, Fəryab, Bədaxşan, Sarı-Pul, Cauzcan, Fərəh, Qilmənd və Nimroz qəsəbələri də var. Eləcə də əməliyyatlar zamanı 38 terrorçunun yaralandığı bildirilir. Güc qüvvələri tərəfindən ölən və yaralanan barədə məlumat yoxdur.

Qeyd edək ki, Əfqanıstan ərazisində “Taliban” terror hərəkatı fəaliyyət göstərir. Əfqanıstan hakimiyyəti silahlı terrorçuların məhv edilməsi yönündə mütəmadi olaraq xüsusi əməliyyatlar keçirilir. Lakin təəsüf ki, əməliyyatlar zamanı tez-tez dinc sakinlər arasında da ölənlər olur.


Müəllif: