21 May 2015 08:47
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çilinin kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan idarəsinin işçiləri ölkənin paytaxtı Santyaqodan 550 kilometr cənubda yerləşən Lenqa çimərliyində 1300 fırtına quşunun ölüsü ilə rastlaşıblar.

Mütəxəssislər quşların kütləvi şəkildə qırılmasının səbəbini onların suda üzərkən balıqçı torlarına ilişməsi ilə əlaqələndiriblər.

Çilinin hakimiyyət orqanları quşların sirli ölümünü araşdırmaq məqsədilə cinayət işi açıb. Hadisə yerinə göndərilmiş xüsusi komissiya tərəfindən götürülən nümunələr müayinə üçün laboratoriyaya təqdim edilib.

Xatırladaq ki, bundan əvvəl də dəniz sahilində yüzlərlə quşun ölüsü tapılmışdı. Araşdırma nəticəsində quşların balıqçı torlarına ilişərək məhv olduğu müəyyən edilmişdi.


Müəllif:

Oxşar xəbərlər