Almaniyada yaşayan türklər Türkiyənin Berlindəki səfirliyi qarşısında toplaşıblar.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onlar ermənilərin bina önündə aksiya keçirməsinə mane olublar. Berlin Türk Camaatı, Almaniya Türk Şurası və Atatürkçü Düşüncə Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə türklər 1915-ci ildə ermənilərə qarşı soyqırımı törətmədiklərini, vətəni müdafiə etdiklərini bildiriblər.
Tədbir zamanı Türkiyənin himni səsləndirilib və “ASALA” erməni terror təşkilatı tərəfindən öldürülən türkiyəli diplomatların şəkli olan plakatlar qaldırılıb. Bundan sonra bina önünə toplaşıb aksiya keçirməyə çalışan ermənilərin cəhdi baş tutmayıb və onlar geri çəklibilər.
Samir