Avropa Şurası Parlament Assambleyasında artıq türk dili dǝ rǝsmi dil kimi istifadǝ olunacaq.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, AŞ PA türk dilini rǝsmi danışıq dili kimi qǝbul edǝn vǝ Türkiyǝnin mandat sayını 12-dǝn 18-ǝdək artıran qanunu tǝsdiqlǝyib.
Şuranın Daimi Komissiyası bu qərarlar Bosniya vǝ Herseqovinanın paytaxtı Sarayevoda keçirdiyi yığıncaqda qǝbul edib.
Bununla da Türkiyǝ Avropa Şurası Parlament Assambleyasında İngiltǝrǝ, Fransa, Almaniya, İtaliya vǝ Rusiya kimi 18 millǝt vǝkili ilǝ tǝmsil olunacaq. Qǝrarın qǝbul edilmǝsinǝ Türkiyǝnin Avropada ǝhalisinin sayına görə üçüncü ölkǝ olması öz tǝsirini göstǝrib.
Türkcǝnin rǝsmi dil olması səbəbindən qurumda qǝbul edilǝn sǝnǝdlǝr türkcǝyǝ tǝrcümǝ edilǝcǝk. Qǝrarın Avropa Şurası Nümayǝndǝlǝr Komitǝsi tərəfindən iyun ayında tǝsdiq edilməsi gözlǝnilir.
Samir