23 May 2014 10:39
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın müvəqqəti baş naziri Arseniy Yatsenyuk Rusiyanı ölkə daxilində vəziyyəti gərginləşdirməkdə və bazar gününə planlaşdırılan prezident seçkilərinə mane olmağa çalışmaqda ittiham edir.

Baş nazirin sözlərinə görə, Donetsk vilayətində qurulan blok posta separatçıların hücumu nəticəsində, ən azı 16 hərbiçi qətlə yetirilib.

“Rusiya separatçıları silahlandırmaqla, separatçıların özünə əminliyin artmasına zəmin yaradır. Bu da ölkədə planlaşdırılan prezident seçkilərinə mane ola biləcək faktorlardan biridir”, - deyə, Yatsenyuk bildirib.

Ülviyyə


Müəllif: