26 May 2015 13:33
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Miqrantlara yeni imkanlar yaradılmalıdır”.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun deyib.

Onun sözlərinə görə, Əfqanıstan, Suriya və digər ölkələrdə münaqişə davam etdikcə, miqrant axınının qarşısını almaq qeyri-mümkündür: “Miqrantları görəndə ilk olaraq, Koreyadakı müharibədən qaçan ailəm yadıma düşür. Mənim ailəm kəndimizi tərk edib dağlara doğru çəkilmişdi. Dağdan baxanda yaşadığım, oynadığım, böyüdüyüm yerləri odlar içində gördüm”.

BMT baş katibi miqrantlara təhlükəsiz şəraitin yaradılması çağırışını edib.

Qeyd edək ki, BMT-nin məlumatına görə, 2014-cı ildə 866 min digər ölkələrdən onlara sığınacaq verilməsini xahiş edib.

Samir


Müəllif:

Oxşar xəbərlər